İŞİD-in döyüş meydanında öldürülən uşaqlarla bağlı ŞOK STATİSTİKA
ABŞ Corciya Dövlət Universitetinin hesabatına görə, İŞİD təşkilatının sıralarında ötən il ərzində həlak olmuş döyüşçü uşaqların sayı bir il əvvəlki ilə müqayisədə iki dəfə artıq olub. İŞİD-in təbliğat materiallarından məlum olur ki, son 13 ayərzində 8-18 yaş arasında 89 uşaq müxtəlif döyüş meydanlarında öldürülüb.
Oxu.Az BBC-yə istinadən xəbər verir ki, bu barədə müxbir Ceyms Lonqman araşdırma aparıb. Araşdırmalar zamanı məlum olub ki, ötən il İŞİD-in döyüşlərində 2014-cü ildə olduğundan üç dəfə artıq uşaq iştirak edib.
ABŞ hərbiyyəsinin Vest-Poyntda yerləşən Terrorla Mübarizə Mərkəzinin dərc etdiyi məlumata görə, 2015-ci ilin yanvarından 2016-cı ilin yanvarınadək uşaqların 39 faizi intihar partlayışlarında, 33 faizi isə döyüş meydanlarında həlak olub.
İŞİD həlak olmuş uşaqların əsl adlarını və tərcümeyi-hallarını açıqlamasa da, tədqiqatçılar onların yaşlarını və hansı ölkəyə mənsub olduqlarını öyrənə bilib. Onların fikrincə, həlak olanların 60 faizi 12-16 yaşlarında oğlanlardır. 8-12 yaş arasında olanlar isə 6 faiz təşkil edir. Oğlan uşaqlarının 18 faizi sağ çıxmaq variantı olmayan basqınlarda həlak olub. Bu uşaqların bir çoxu düşmən üzərinə açıqda dayanaraq və özləri öldürülənədək atəş açıblar.
İntiharçı bomba partlayışı törədənlərdən birinin azyaşlı olduğu bildirilir. 8-12 yaşları arasında olan bu oğlan uşağı Hələbdə qiyamçı hədəflərdən birinə basqında həlak olub. İŞİD bu oğlanın atası ilə vidalaşrkən çəkilən şəklini yayıb.
Hesabatda həmçinin bildirilir ki, ölüm hadisələrinin yarıdan çoxu İraq ərazisində baş verib, lakin ölənlərin əksəriyyəti suriyalılar olub. Öldürülən başqa uşaqlar Yəmən, Səudiyyə Ərəbistanı, Tunis və Liviyanı təmsil edirlər. Onların kiçik bir qismı Birləşmiş Krallıqdan, Fransa, Avstraliya və Nigeriyadan olub.
Hesabatdan bəlli olur ki, İŞİD uşaqlardan xüsusi əməliyyatlardan daha çox böyüklərin iştırak etdikləri əməliyyatlarda istifadə edir.
Mənbə:> Oxu.Az