İŞİD terrorçularının təxmini sayı açıqlandı
Amerika kəşfiyyatı İŞİD terror qruplaşmasının sıralarında döyüşən yaraqlıların sayını qiymətləndirib.
Oxu.Az Lenta-ya istinadən xəbər verir ki, xüsusi xidmət orqanlarının məlumatına görə, hal-hazırda “xəlifət” ordusunda 20 mindən 25 minə qədər döyüşçü xidmət edir.
Müqayisə üçün bildirək ki, ötən il bu rəqəm 19-31 min arasında idi. Eyni vaxtda məlumatda bildirilir ki, aviazərbələr zamanı 28 min İŞİD terrorçusu öldürülüb.
Mütəxəssislər hesab edirlər ki, qruplaşmanın üzvlərinin sayının saxlanması ölən və yaralıların məcburən yeni çağırılanlarla əvəz olunmasıdır.
“Könüllülər artıq qruplaşmanın döyüşçülərə olan ehtiyacını ödəyə bilmir”, - ABŞ-ın İŞİD-ə qarşı koalisiyasının nümayəndəsi Stiv Uorren deyib. O, həmçinin qeyd edib ki, İŞİD radikalların döyüş ruhu xeyli aşağı düşüb.
“Biz terrorçuların sıralarında fərariliyin çoxaldığını müşahidə edirik, baxmayarq ki, İŞİD döyüş meydanından qaçanları edam edir”, - Uorren bildirib.
Mənbə:> Oxu.Az