Hadit Çevik: Türkiyə tək başına Suriyaya ordu yeritməyəcək
Türkiyə hakimiyyəti Suriyaya tək başına ordu yeritməyə hazırlaşmır.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu Türkiyənin BMT-dəki daimi nümayəndəsi Hadit Çevik bildirib.
O qeyd edib ki, Ankara Suriya ərazisində yerüstü əməliyyata yalnız beynəlxalq koalisiyanın tərkibində və BMT-nin Təhlükəsizlik Şurasının müvafiq sanksiyası əsasında başlayacaq.
Onun sözlərinə görə, türk tərəfi Suriyanın müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir, bununla yanaşı kürd silahlı qruplaşmaları tərəfindən atəşlərə cavab vermə haqqına malikdir.
Mənbə:> Oxu.Az