Adil Əliyev: Bir öhdəliyi öz üzərinə götürmüsənsə, layiqincə yerinə yetir » AzNews.info -Xəbər portalı

Adil Əliyev: Bir öhdəliyi öz üzərinə götürmüsənsə, layiqincə yerinə yetir – FOTO

Adil Əliyev: Bir öhdəliyi öz üzərinə götürmüsənsə, layiqincə yerinə yetir


Oxu.Az Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyevlə müsahibəni təqdim edir.

- Adil müəllim, siz cəmiyyətdə əksəriyyət tərəfindən tanınırsız. Daha yaxından tanımaq üçün bizə özünüz haqqında bir az danışın.

- Mən, Adil Abış oğlu Əliyev 1969-cu il sentyabrın 25-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Maxta kəndində anadan olmuşam. Evin ən kiçiyi olmuşam. Səkkiz uşaq olmuşuq, beş qardaş, üç bacı. Böyük qardaşım güləşlə məşğul olub. Mən isə uşaqlıqdan güləş, cüdo, futbolla məşğul olurdum. Cüdo ilə 14 yaşımdan məşğul olmuşam. Məktəbdə həmişə fəal olmuşam. O vaxtı qurultaylar keçirilirdi, mən həmişə orada fərqlənirdim.

Adil Əliyev: Bir öhdəliyi öz üzərinə götürmüsənsə, layiqincə yerinə yetir


- Məktəb illəriniz necə keçib?

- 7-ci sinfə kimi Naxçıvanda oxumuşam. Daha sonra Bakıya gəlmişəm. 1987-ci ildə Bakı idman təmayüllü internat məktəbini bitirmişəm. 1992-ci ildə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərindəki M.V.Frunze adına Ali Hərbi Dənizçilik Akademiyasını oxumuşam. 1992-1993-cü illərdə Azərbaycan Respublikasının Hərbi Dəniz Qüvvələrində zabit kimi xitmət etmişəm. 1992-ci ildən idman ustasıyam.

- Sistem işində çalışmaq, bu öhdəliyi götürmək çətin olmadı ki?

- Mən 1994-2003-cü illərdə Daxili işlər orqanlarında müxtəlif vəzifələrdə — Bakı şəhəri Səbail rayon 39-cu polis bölməsində rəis müavini, Nəqliyyatda Baş Polis İdarəsinin Bərə keçid bölməsinin rəisi, Binəqədi rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin rəisi, Yasamal rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin rəisi vəzifəsində çalışmışam. 1998-ci ildə Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirmişəm. 2000-ci ildə “Polis Əlaçısı” olmuşam.

Adil Əliyev: Bir öhdəliyi öz üzərinə götürmüsənsə, layiqincə yerinə yetir


Bu işləri sevə-sevə etmişəm, çünki uşaqlıqdan arzum, istəyim polis olmaq olub, qardaşlarımdan görüb həvəsə gəlmişəm. Polis vəzifəsində çalışmaq məsuliyyətdir. Polisin gecəsi-gündüzü olmur, hər an iş başında ola bilir. Kimsə polisi tənqid edəndə, düşünmür ki, bu insan səni qoruyur. Düzdü, hər peşədə pis-yaxşı var, bu danılmazdır. Bizim polislər də Avropa polislərinə bənzəmir, əziyyətlə, zəhmətlə çalışır.

- Federasiya necə oldu yarandı?

- Federasiyaya əvvəl Azər Həsənsoy rəhbərlik edirdi. Sonra federasiyanın inkişafına dair söhbətlər edirdik. Biz də çalışırıq ki, ölkəmizdə idmanı inkişaf etdirək.Və mən də Azər müəllimlə iki idman növündən birini, yəni kikboksinqi inkişaf etdirmək qərarına gəldik.

Beləcə, 2000-ci ildən Azərbaycan Kikboksinq Federasiyasının prezidentiyəm. Biz hər il ənənəvi olaraq turnirlər keçirtməyə başladıq, yaxşı idmançılarımız vardır. Onların inkişafına dair fikirlərimiz var idi. Federasiya yarandı, çempionatlar, yarışlar, turnirlərə start verdik...

Adil Əliyev: Bir öhdəliyi öz üzərinə götürmüsənsə, layiqincə yerinə yetir


O vaxtı idmanda belə nə inkişaf vardı, nə də belə şəraitli zallar var idi. O vaxtı üç zal var idisə, indi klublarımız 100-dən artıqdır. İdmançılarımız rahat şəkildə məşqlərini edə bilirlər. Bizim idmançılar da öz üzərində işləyib, bizə qalibiyyət gətirirlər.

Son illər federasiya daha çox inkişaf edir, bunun üçün çalışırıq əlimizdən gələni edək.

- Polis, federasiya prezidenti və millət vəkili olmaq! Millət vəkili olmaq fikriniz də var idimi, yoxsa?

- Əslində, mən polis peşəsini sevirəm. Amma idmanın da inkişafına öz töhfəmi verməyi borc bildim. Dövlətimizin inkişafında bizim payımız olsun. O vaxtı polis peşəsində ən yaxşı dörd nəfər var idisə 10 nəfərin içində, indi isə iki nəfər ürəkdən çalışan var.

Adil Əliyev: Bir öhdəliyi öz üzərinə götürmüsənsə, layiqincə yerinə yetir


Mən millətimi sevirəm və az da olsa nəsə edə biləcəydimsə, millət vəkili olaraq edəcəydim. Beləliklə, 2005-ci ildə 20 saylı Nərimanov rayonu ikinci seçki dairəsindən namizədliyimi verdim və millət vəkili seçildim. Daha sonra 2010-cu ildə dördüncü çağırış və 2015-ci ildə beşinci çağırış olaraq Milli Məclisin deputatı seçilmişəm.

- Seçicilərinizlə daha çox ünsiyyətdə olursunuz və ən çox nə istəyirlər?

- Bilirsiniz millət vəkili hər şeyin öhdəsindən gələ bilməz. Mən seçicilərimlə görüşürəm, çalışıram porblemləri ilə maraqlanım və əlimdən gələni edim.

Hətta bizim qərargahın qarşısında poçt qutusu da qoymuşuq, insanlar problemlərini yazıb bizə müraciət edə bilərlər.

Daha çox iş üçün müraciət edirlər, çalışıram həll edim. Amma onu da qeyd edim ki, millət vəkili işə düzəltmə məntəqəsi deyil, biz deputat olaraq onların hər hansı problemlərini həll edirik, qanunları müzakirə edirik. Hər hansı seçici gəlir, iş problemi olur, soruşuram ki nə bacarırsan?

Adil Əliyev: Bir öhdəliyi öz üzərinə götürmüsənsə, layiqincə yerinə yetir


Deyir nə olsa, iş olsun. Hər hansı bir iş deyəndə, bəyənmirlər ki, yox, bunu bacarmıram. Niyə, nə olsa işləyərəm deyirsən? Belə hallar çox olur. Adi liftin işləməməyi üçün belə müraciət edirlər! Hər şeyi də millət vəkili edəsi deyil ki?

Seçicilərim bilir ki, mən ən çox vaxtımı onlara ayırıram, dinləyirəm və nəsə edirəm, amma onlar da bizi başa düşsün!.

- Ən çox sizi nə əsəbiləşdirir?

- Bəzi cahil, işini düzgün bilməyən məmurlara və onların haqsızlıqlarına çox əsəbiləşirəm. Bir öhdəliyi öz üzərinə götürmüsənsə, heç olmasa layiqincə yerinə yetir.

Adil Əliyev: Bir öhdəliyi öz üzərinə götürmüsənsə, layiqincə yerinə yetir


- Sizin öhdəliklər nədən ibarətdi?

- İlk olaraq federasiya, sonra deputat olaraq. Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının üzvüyəm, Azərbaycan-Hollandiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Rusiya, Azərbaycan-Ukrayna, Azərbaycan-Almaniya və Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvüyəm.

2003-cü ildə polis polkovnik-leytenantı rütbəsinə layiq görülmüşəm. Oxumağa üstünlük verirəm. 2004-cü ildə Bakı Dövlət Universitetinin magistraturasını bitirmişəm. 2005-ci ildə Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ilə “İgidliyə görə” dövlət mükafatı ilə təltif edilmişəm. 2009-cu ildə MDB Müdafiə və Təhlükəsizlik Komitəsinin sədr müavini işləmişəm.

Adil Əliyev: Bir öhdəliyi öz üzərinə götürmüsənsə, layiqincə yerinə yetir


2009-cu ildə Kikboksinq üzrə veteranlararası Dünya Çempionu olmuşam. 2010-cu ildə BDU-nun aspiranturasını bitirmişəm. 2012-ci ildə çap olunmuş “Erməni soyqırımı: mif və gerçəklik” adlı kitabın ingiliscədən Azərbaycan və rus dilinə tərcuməsinin ideya müəllifi olmuşam. Kitabda uydurma “erməni soyqırımı” tarixi faktlarla ifşa olunur, qonşularımızın Azərbaycan və Türk xalqlarına qarşı apardığı terrorçu siyasətdən bəhs edilir.

2012-ci ildə “Kütləvi iğtişaş əməlləri ilə mübarizənin cinayət-hüquqi və kriminoloji problemləri” adlı monoqrafiyam işıq üzü görmüşdür. Monoqrafiya kütləvi iğtişaş əməlləri və kriminoloji problemlərin tədqiqinə həsr edilmişdir.

Və 9 aprel 2013-cü ildə hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışam.

- Hansısa qurum və yaxud kikboksinqlə bağlı yarış, turnir keçirmək istəsə, sizin federasiyadan icazə almalıdır?

- Əlbəttə, biz federasiya olaraq Gənclər və İdman Nazirliyinə tabeyik. Bu idman növüylə də kimsə turnir keçirtmək istəsə, bizə məktub şəklində müraciət etməldir. Biz demirik ki keçirtmə, amma demək lazımdır.

Mənbə: Oxu.Az - Nərmin Kazımova
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *