Qazaxlar və türkiyəlilər arasında qarşıdurma » AzNews.info -Xəbər portalı

Qazaxlar və türkiyəlilər arasında qarşıdurma – VİDEO

Qazaxlar və türkiyəlilər arasında qarşıdurma


Qazaxıstanın Cambul vilayətinin Burıl kəndində çərşənbə axşamı etniklərarası münaqişə baş verib.

Oxu.Az NewTimes.kz-a istinadən xəbər verir.

Asayiş pozuntuları fevral ayını 15-də qəsəbədəki evlərin birində bıçaq yaraları olan qazaxıstanlı oğlanın cəsədinin tapılması ilə başlayıb. Qətli törətməkdə əslən Türkiyədən olan qəsəbə sakinindən şübhələniblər. Fevralın 16-da isə qəsəbə sakinləri şübhəli şəxsin evinə gələrək onun ailəsinin qəsəbəni tərk etməsini tələb ediblər.

Yaşayış məntəqəsinə polislər cəlb edilib. Qazax və türk icmalarının ağsaqqalları danışıqlar aparıb və sakinləri sakitliyə riayət etməyə çağırıblar. Əhali ilə görüşə yerli icra hakimiyyətinin və hüquq-mühafizə orqanı nümayəndələri gəlib. Onlar toplaşan sakinlərdən evlərinə getmələrini xahiş ediblər.

Qətli törətməkdə şübhəli bilinən şəxsin ailəsi başqa yaşayış məntəqəsinə köçürülüb.


Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *