Avtobusda qadınları soyan şəxs tutuldu » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal

Avtobusda qadınları soyan şəxs tutuldu

Avtobusda qadınları soyan şəxs tutuldu


Bakıda cibgirlik yolu ilə oğurluq əməlləri törətməkdə şübhəli bilinən şəxs tutulub.

Bakı şəhər Baş Polis İdarəsindən Oxu.Az-a daxil olan məlumata görə, Yasamal RPİ 29-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, cibgirlik yolu ilə oğurluq əməlləri törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunan 1977-ci il təvəllüdlü Ramil Məlikov tutulub.

Şübhəli şəxsin üzərindən 0,153 qram heroin aşkar olunaraq, götürülüb.

Ətrafında keçirilən əməliyyat-axtarış, istintaq tədbirləri ilə müəyyən edilib ki, o, noyabrın 11-də 77 saylı xətt avtobusunda Bakı şəhər sakinləri – Aysel Xəlilovanın, noyabrın 15-də və 16-da 96 saylı xətt avtobusunda Xəyalə Manaflının, Zöhrə Salmanovanın əl çantalarından pul, sənədlər və bank kartlarını gizli yolla talayıb.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *