Prezident və deputatlar istefasını istədi » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Dünya

Prezident və deputatlar istefasını istədi – Baş nazir postunda qaldı

Prezident və deputatlar istefasını istədi


Ukrayna Ali Radası baş nazir Arseniy Yatsenyuku istefaya göndərə bilməyib.

“Qafqazinfo” Ukrayna KİV-ə istinadən xəbər verir ki, prezidentin, fəalların və deputatların hökumətə inamsızlıqla bağlı çağırışları nəticəsiz qalıb. Belə ki, deputatların Nazirlər Kabinetini istefaya göndərmək üçün 30 səsi çatmayıb. Yaranmış situasiya ölkədəki siyasi böhranı bir az da dərinləşdirib.

Xatırladaq ki, dünən baş naziri istefaya səsləyən 300-ə yaxın fəal Ali Rada qarşısında dinc mitinq keçirib. Ukrayna sosial şəbəkə istifadəçiləri üçün dünənin ən yadda qalan hadisəsi isə “Batkivşina” fraksiyasının deputatı Yuliya Timoşenkonun saçları olub. Gözlənilmədən hörüklərindən imtina edən deputat xanımın bu addımını “səsvermənin önəmliliyi” kimi izah ediblər. Şəbəkə istifadəçilərinin fikrincə Yuliya hörüklərini ancaq ən məsuliyyətli günlərdə açır.


Səsvermə ərəfəsində ən gözlənilməz addımı isə prezident Poroşenko atıb. O, rəsmi saytında ölkənin Baş naziri və Baş Prokuroruna müraciət edərək onları istefaya səsləyib. Baş prokuror dünən istefasını versə də, Baş nazir postunu tərk etmək istəməyib.

Dünən baş tutan səsvermə baş nazir Arseniy Yatsenyuka imunitet qazandırmış olub. Belə ki, Ali Rada onun istefasına bu ilin payızından daha tez baxa bilməyəcək.

Hazırda Ukraynada ən çox verilən sual isə bu qədər əleyhdarı olmasına rəğmən Yatsenyukun postuna qalmağa necə nail olmasıdır. Ali Radanın vitse-spikeri Oksana Sıroid hesab edir ki, dünən baş verənlər prezident Poroşenko tərəfindən hazırlanan ssenari idi:

“Sözsüz ki, bu, prezident tərəfindən hazırlanan və parlamentdə oynanılan planlaşdırılmış ssenari idi. Məqsəd isə parlamenti təhqir etmək idi. Hökumətə inamsızlığın şəxsən təşəbbüskarı olmaq yerinə, prezident hökumətin özünə müraciət etdi və bütün məsuliyyəti parlamentin üzərinə qoydu”.

Prezident və deputatlar istefasını istədi

Mənbə: Qafqazinfo.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *