Yeni hədəf Rusiya sərhədi... » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Dünya

Yeni hədəf Rusiya sərhədi...

Yeni hədəf Rusiya sərhədi...


Suriyada sülhün əldə edilməməsinin səbəbkarı Rusiyadır.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin Gömrük və Ticarət naziri Bülənt Tüfənkçi deyib.

Rusiyanın Suriya siyasətinə sərt reaksiya verən nazir Moskvaya xəbərdarlıq edib:

"Suriya ilə sərhəddə lazımi tədbirləri görmüşük. Sərhəddən miqrantlar sistemə uyğun şəkildə buraxılır. Ancaq çoxlu suriyalı qaçqınlar daha çətin yerlərdən Türkiyəyə axın edirlər. Əgər diqqət etdinizsə, bu günə qədər miqrasiya dalğası qapılardan olmadı. Sərhədlərdən ciddi mənada axınlar olur. Avropa və Türkiyədəki qaçqınların problemləri həll edilməsə, böyük hadisələr yaşanacaq.

Əgər Rusiya Suriyanın dostudursa, miqrantların bir qisminin də şimala yönələcəyini hesab edirəm. Madam ki, bu qədər Suriyanı bombalamaq yaxşıdır, qaçqınların bir qisminə də Rusiya sahib çıxsın. Yaxın günlərdə Avropaya gedən bir sıra miqrantların Rusiya sərhədinə doğru yönələcəyini təxmin edirəm", - Tüfənkçi qeyd edib.

Mənbə: Axar.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *