Bzejinski: “Əgər ABŞ Rusiya təyyarəsini vursaydı…” » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Bzejinski: “Əgər ABŞ Rusiya təyyarəsini vursaydı…”

Bzejinski: “Əgər ABŞ Rusiya təyyarəsini vursaydı…”


Rusiya təyyarəsi ABŞ tərəfindən və ya Pribaltika ərazisində vurulsaydı, Rusiyanın reaksiyası tamam fərqli olardı.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ-ın eks-prezidenti Cim Karterin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi, məşhur politoloq Zbiqnev Bjezinski deyib. Politoloqun fikrincə, belə olduğu halda hər iki tərəfin güc tətbiq etməsi qaçılmaz olacaqdı:

“Lakin hazırda mənzərə tamam fərqlidir. Su-24 insidentindən sonra regionda ümumilikdə silahlı qarşıdurmalar səngiyəcək. Tərəflər artıq bu hadisə və Suriya münaqişəsilə bağlı olduqca təmkinli və rasional addımlar atırlar”.

Xatırladaq ki, politoloq Suriya hadisələrinin gedişatında Rusiyanın birbaşa iştirakının, Putinin Vyanaya dəvətinin tərəfdarı kimi çıxış edirdi:

“Rusiyanı inandırmaq lazımdır ki, Əsədin qalması Rusiyanın o qədər də xeyrinə deyil, bu, həmçinin ABŞ-ın da maraqlarına cavab vermir. Hazırda tərəflərin sözügedən məsələ ilə bağlı böyük bir səylə təmkin nümayiş etdirməsi təqdirəlayiqdir”.

Bundan başqa politoloq hesab edir ki, hər iki tərəf – ABŞ və Rusiya öz aralarında böyük qarşıdurmanın olmamasında maraqlıdırlar.

Mənbə: Axar.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *