Türkiyə Suriyadakı hərbi aerodromu atəşə tutdu
Türkiyə kürd yaraqlılarının nəzarətində olan aviabazaya artilleriyə zərbəsi endirib, Oxu.Az RİA “Novosti”yə istinadən xəbər verir.
Minneh aviabazası “Cəbhət ən-Nüsrə” terrorçu qruplaşması tərəfindən ələ keçirilib.
Bu obyekt strateji əhəmiyyətə malikdir, çünki türk sərhədindən keçən hökumət yoluna yaxın yerləşir.
Bir neçə gün əvvəl kürdlər hücum edərək bazanı ələ keçiriblər. Yaraqlılar isə Türkiyə istiqamətində geri çəkiliblər.
Mənbə:> Oxu.Az