Səudiyyə Ərəbistanında 9 ABŞ vətəndaşı saxlanıldı
Səudiyyə Ərəbistanı höküməti aralarında 9 ABŞ vətəndaşı olmaqla 33 nəfəri terrorçuluqda şübhəli bilərək saxlayıb.
Oxu.Az-ın məlumatına görə, xəbəri Saudi Gazette yayıb.
Qəzetin mənbəsinin məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları 9 ABŞ, 1 Qazaxıstan vətəndaşını, eləcə də iki suriyalı, bir indoneziyalı və bir filippinlini həbs ediblər.
Saxlanılanlar arasında həmçinin 14 Səudiyyə vətəndaşı, 3 Yəmən sakini, bir BƏƏ vətəndaşı və bir fələstinli də var.
Mənbə:> Oxu.Az