Nazarbayev yeni reallıqda yaşamağı öyrənməyə çağırdı
Neftin qiymətinin ucuzlaşması ola bilər ki, son həddə çatdı, amma Qazaxıstan “qara qızılın” ən ucuz qiymətinə alışaraq yaşamağı öyrənməlidir.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan prezidenti Nursultan Nazarbayev “Nur Otan” partiyasının XVII qurultayında çıxış edərkən bildirib.
“Geosiyasi fövqəl silsilə gedir, qeyri-adi heç nə baş vermir. Cənubi-şərqi böhran 1997-ci ildə başlayıb, 1998-ci ildə isə dünya Asiya böhranının nəticələri üçün narahat olurdu, neftin bir barelinin 1998-ci ildə 8,5 dollara olduğunu, daha sonra on illər ərzində artaraq bir barel üçün 120 dollar olduğunu xatırlayaq” - dövlət başçısı qeyd edib.
Nazarbayev hesab edir ki, hazırda son həddə çata bilən, onillik ucuzlaşma başlayıb.
“Biz artıq altı aydır ki, bir barel 30 dollara şəraitində yaşayırıq, heç nə baş verməyib ki. Buna alışmaq lazımdır, düşünürəm ki, bu, uzun sürməyəcək”- Qazaxıstan prezidenti vurğulayıb.
“Biz yeni reallıqda yaşamağa alışmalıyıq, inkişaf üçün yeni imkanlar tapmalıyıq, risklərin öhdəsindən gəlməliyik.
Bəziləri düşünür ki, neftin qiymətləri yaxın zamanda artmağa başlayacaq. Biz bu reallıqlarda yaşamağa alışmalıyıq, bizim böhranın öhdəsindən gəlmək üçün imkan və resurslarımız mövcuddur” - Nazarbayev bildirib.
Mənbə:> Oxu.Az