Nazarbayev ehtiyatlı demokratikləşmənin tərəfdarıdır
Qazaxıstan prezidenti Nursultan Nazarbayev bəyan edib ki, ölkədə dini xüsusiyyətləri nəzərə alaraq demokratiyadan ehtiyatla danışmaq lazımdır.
Oxu.Az xəbər verir ki, bu barədə “Nur KZ” bildirib.
“Bizə qərb ölkələrinin yaşadığı demokratiya yolu ilə sürətlə irəliləməyin lazım olduğunu deyirlər. Biz bunu gözəl başa düşürük. Demokratiya bəşəriyyətin inkişafının ümumi magistral yoludur, biz bu yol ilə gedəcəyik, amma biz həmişə Asiya cəmiyyəti olduğumuzu, qərbdən fərqli olan ənənələrimizin olduğunu nəzərə alırıq. Bizim dini mədəni baxışlarımız fərqlidir. Ona görə də biz ehtiyatla irəliləməliyik”, - Nazarbayev qeyd edib.
Bu bəyanatla Qazaxıstan lideri “Konstitusiya: birlik, sabitlik, çiçəklənmədir” adlı beynəlxalq elmi-praktiki konfransında çıxış edib.
Eləcə də Nazarbayev Qazaxıstan sakinlərini Konstitusiyanın 20 illiyi münasibətilə təbrik edib.
Mənbə:> Oxu.Az