Nazarbayev qazaxlara ayaqlarını yorğanlarına görə uzatmağı məsləhət gördü
Qazaxıstan prezidenti Nursultan Nazarbayev qazaxıstanlılara qarşıdan gələn illərin asan olmayacağı ilə bağlı xəbərdarlıq edib.
Oxu.Az nur.kz saytına istinadən xəbər verir ki, o, bu barədə bu gün biznes sahəsinin nümayəndələri ilə görüşdə bildirib.
“Qarşıdan gələn illər asan olmayacaq. Əvvəlki böhranlardan çətin olacaq... bizim indi yaşadığımız yeni reallıqlar, neqativ trendlər – bu isə tam başqadır, hər şeyi əhatə edir: maliyyəni, əsasən də istehsalçıları, sənayeni”, - Nazarbayev deyib.
“İqtisadi reallıqdan çıxış edərək, biz daxilən ümumiyyətlə neftin qiymətinin ucuz olduğu şəraitdə yaşamağa hazırlaşmalıyıq. Yəni bədbin variantı gözə almalıyıq. Əgər yaxşı olarsa, bu, bizim xeyrimizə olacaq, amma pis olarsa, buna hazır olmalıyıq. Ona görə də, vəsaitə görə yaşamağa alışmalıyıq, büdcə ümumi iqtisadiyyatın nəzərə alınması ilə ixtisar ediləcək”, - Nazarbayev bəyan edib.
“İstənilən yeni təşəbbüslər, inkişaf, əmək haqqına, ştatlara dair 2016, 2017, ən son ehtimalda da 2018-ci ildə moratorium elan edirəm”, - dövlət başçısı qeyd edib.
Xəbər verildiyi kimi, avqustun 20-də Qazaxıstan respublikasının hökuməti valyuta dəhlizini ləğv edib, Qazaxıstanın fond birjasında (KASE) satışlarda təngənin kursu 1 dollar üçün 255,26 təngəyə düşüb.
Mənbə:> Oxu.Az