Şengen iki il müddətinə ləğv oluna bilər
Aİ-nin daxili işlər və miqrasiya nazirləri qeyd edirlər ki, miqrasiya böhranı ilə əlaqədar Şengen zonasını iki il müddətinə bağlamaq lazım gələ bilər, EurActiv internet nəşri məlumat yayıb.
Oxu.Az İnterfaks-a istinadən xəbər verir ki, Şengen zonasının işinin dayandırılması blokun yaxın günlərdə Yaxın Şərq və Afrika ölkələrindən miqrant axınının öhdəsindən gəlmədiyi təqdirdə lazım ola bilər.
Bir sıra Aİ ölkələri miqrasiya böhranı ilə əlaqədar maya qədər müvəqqəti sərhəd nəzarəti tətbiq edir.
Aİ-nin miqrasiya üzrə nazirlərinin Amsterdamda iclasında sərhəd nəzarətini iki ilə qədər saxlamaq lazım gələ bilməsi qərara alınıb, belə ki, bu müddət ərzində böhranın aradan qaldırılması inandırıcı deyil, bunu iclasa sədrlik edən Niderlandın miqrasiya məsələləri üzrə naziri Klass Deyhoff bildirib.
İclasın iştirakçılarının bir hissəsi müvəqqəti qərarın bu il Türkiyədən dənizlə 40 min miqrantın gəldiyi Yunanıstanı kənarda qoyacaq. Yanvar ayının 1-dən bu yolda 60 qaçqın boğularaq ölüb.
Yunanıstanın rəsmi hakimiyyətinin sözlərinə görə, şimala istiqamətlənən miqrasiya marşrutlarının bağlanması həyata keçiriləsi olsa belə problemi həll etməyəcək.
“Zaman bitir”, - iclasda miqrasiya üzrə Avropa komissarı Dmitris Avramopulos bildirib və İttifaq ölkələrini Avropada miqrasiyaya nəzarət tədbirlərini razılaşdırmağa çağırıb və əks halda 30 il mövcud olan Şengen zonasının dağılma təhlükəsi olduğunu vurğulayıb.
K.Deykhoffun sözlərinə görə, Şengen zonasının saxlanması üçün zaman bitib.
“Bir il öncə biz, həll yolu tapmasaq Şengenin təzyiq altında qalacağına dair xəbərdarlıq vermişdik. İndi bu baş verdi”, - o deyib.
Mənbə:> Oxu.Az