Nazir: “Şengen müvəqqəti xilas edilib”
Şengen zonasının fəaliyyəti müvəqqəti xilas edilib, amma bu daimi deyil.
Axar.az CNN-ə istinadən xəbər verir ki, bu sözləri İtaliya Daxili İşlər naziri Ancelono Alfano deyib.
Onun sözlərinə görə, Avropa Birliyi miqrant böhranını ən qısa müddət ərzində aradan qaldırmalıdır. Əgər bu olmasa, Şengen zonasını xilas etmək mümkün olmayacaq:
“Ölkələr vaxtında öz üzərlərinə düşən öhdəlikləri yerinə yetirsə, indi bu vəziyyətdə olmazdıq. Miqrasiya problemini həll etmək üçün çox az vaxtımız qalıb”.
Mənbə:> Axar.az