Avstriya Şengeni dayandırdı » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Sosial

Avstriya Şengeni dayandırdı

Avstriya Şengeni dayandırdı

2015-ci ildə Avropa İttifaqında qaçqın böhranı başlayıb.

Avstriya sərhədyanı nəzarəti geri qaytararaq, bununla da Şengen sazişində iştirakını qismən məhdudlaşdırır.

Oxu.Az xəbər verir ki, bu barədə Österreich qəzetinə federal kansler Verner Fayman bildirib.

“İndi bizim sərhədlərimizdə şəxsiyyəti təsdiqləyən sənəd təqdim etmək lazımdır. Avropa İttifaqı sərhədlərimizin təhlükəsizliyini təmin edə bilmirsə, o zaman Şengen sazişinin tam şəkildə icrası sual altında qalır. Bu halda hər bir ölkə öz sərhədlərinə nəzarət etməlidir”, - Avstriya hökumətinin başçısı bildirib.

Kanslerin sözlərinə görə, yanvarın 17-dən miqrantların hərəkətinə nəzarət gücləndiriləcək və sığınacaq hüququ olmayanlar ölkədən çıxarılacaq.

Qeyd edək ki, 2015-ci ildə Avropa İttifaqında qaçqın böhranı başlayıb, Yaxın Şərqdən qitəyə yüz minlərlə miqrant gəlib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *