Avropanın ən imansız ölkəsinin adı açıqlandı
İndi onlar 50%-dən çoxdur.
34 yaşa qədər gənc islandiyalıların heç biri yeri Allahın yaratdığına inanmırlar, The Washington Post GallupInternational və WI Network of Market Research-in keçirdiyi sorğunun nəticələrinə əsasən məlumat yayıb.
Oxu.Az Vesti.ru-ya istinadən xəbər verir ki, hələ 20 il bundan öncə təxminən 90% islandiyalı özünü imanlı hesab edirdi, amma bu gün onlar 50%-dən azdırlar. İslandiyada bütün dünyadan fərqlənən tendensiya müşahidə edilir.
“Dünyəviliyə keçid İslandiyada xüsusilə də gənclər arasında sürətlə baş verdi” – İslandiyanın humanistlərin etik assosiasiyasının qeyri-hökumət ateist təşkilatının direktoru Byarni Yonsson deyib və vurğulayıb ki, təhsilin yüksəldilməsi və dünyagörüşünün genişləndirilməsi dəyişikliklərə çox tez təsir edə bilər.
İslandiya universitetində Teologiya və dinşünaslıq fakültəsinin professoru Anna Yonasdottir elmi-texniki tərəqqinin onun ölkəsində dini qaydaları dəyişdiyi ilə razılaşıb.
Onun sözlərinə görə, İslandiyanın gənc nəslinin 40%-ə yaxını özlərini xristian hesab edirlər, amma kreasionizmə inanmırlar.
Mənbə:> Oxu.Az