Dövlət müşaviri: Bizdə ermənifobiya yoxdur » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Sosial

Dövlət müşaviri: Bizdə ermənifobiya yoxdur

Dövlət müşaviri: Bizdə ermənifobiya yoxdur


Xalq diplomatiyası çərçivəsində ermənilər Azərbaycana gələrkən Bakıdakı erməni kilsəsini görəndə təəccüblənmişdilər ki, Azərbaycanda erməni dilində kitablar, materiallar səliqə-sahmanla qoruyub saxlanılır.

Onlar Moskvaya zəng vurub deyirdilər ki, mən Bakıda filan qiymətli əlyazmanı gördüm. Bu, Azərbaycan xalqının dini, mənəvi və intellektual dəyərlərə verdiyi qiymətin nümunəsidir.

AzNews.info xəbər verir ki, APA-nın məlumatına görə, bunu millətlərarası, multikulturalizm və dini tolerantlıq üzrə dövlət müşaviri Kamal Abdullayev deyib.

O bildirib ki, Azərbaycanda ermənifobiya yoxdur:

“Azərbaycanda ermənifobiyanın olmadığını dünya yavaş-yavaş başa düşməkdədir. Biz ermənifobiya ilə yaşamadığımızı hər addımımızda göstəririk. Bizdə ermənifobiya yoxdur”.

K. Abdulla əlavə edib ki, xalq diplomatiyasının davamı maraqlı ola bilərdi:

“Üçüncü ölkələr də bunu davam etmək istəyirdilər. Amma ermənilər bundan imtina etdilər. Azərbaycan xalqının ermənilərlə birgə yaşamaq potensialı var. Münaqişənin sülh yolu ilə həll olunması potensialı bitməyib. Biz sülhün tərəfdarıyıq”.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *