ABŞ irad tutdu, Bakıdan reaksiya » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

ABŞ irad tutdu, Bakıdan reaksiya

ABŞ irad tutdu, Bakıdan reaksiya


Azərbaycanın tolerantlıq ənənələri bütün dünya ölkələri üçün nümunədir.

ANS PRESS-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Amil Cavadov ABŞ-ın Beynəlxalq Din Azadlığı üzrə Komissiyasının (USCIRF) dünyada din azadlığı haqqında illik hesabatına münasibət bildirərkən deyib.

A.Cavadov qeyd edib ki, ABŞ-ın Beynəlxalq Din Azadlığı üzrə Komissiyasının (USCİRF) dünyada din azadlığı haqqında illik hesabatında Azərbaycandakı dini durumla əlaqədar verilən malumatlar qərəzli və qeyri-obyektiv xarakter daşıyır: "Həmin məlumatlar Azərbaycanda mövcud tolerant və multikultural mühitə kölgə salmağa, ölkəmiz haqqında mənfi rəy formalaşdırmağa yönəlmiş cəhddən başqa bir şey deyildir".

Komitə rəsmisi bildirib ki, Azərbaycan tolerant və multikultural dəyərlərə sahib ölkədir və respublikamızda dinindən və etnik mənsubiyyətindən asılı olmayaraq bütün insanlar bərabər hüquqludurlar: "Azərbaycanda dini etiqad azadlığı qanunla təmin olunur və insanların dini ibadətlərini həyata keçirmələri üçün hər cür şərait yaradılıb. Azərbaycanın tolerantlıq ənənələri bütün dünya ölkələri üçün nümunədir və bu bütün dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən birmənalı qəbul edilib".

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaxın günlərdə hesabatla bağlı ətraflı mövqeyini açıqlayacaq.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *