Merkelə ultimatum verildi
“Xristin-sosial ittifaq” partiyasının sabiq rəhbəri və Bavariyanın sabiq baş naziri Edmund Şyotber Almaniyanın kansleri Angela Merkelə ultimatum verib və 2016-cı ilin mart ayının sonuna qədər ölkədə qaçqınların sayını azaltmasını tələb edib.
Oxu.Az xəbər verir ki, Şyotber qaçqınlar üçün Avstriya ilə sərhədləri tamamən bağlamağa çağırıb.
“Merkel öz mövqeyini dəyişməlidir, əks təqdirdə Almaniya və Avropanı katostorfik nəticələr gözləyir”, - Suededeutsche Zeitung-ə verdiyi müsahibəsində bildirib.
Daha öncə kanslerə qarşı bu qəbildən olan ultimatumu Bavariyanın hazırkı baş naziri Horst Zeexofer irəli sürüb.
Əgər iki həftə ərzində alman sərhəddində “müəyyən qanunverici münasibətlər” bərpa edilməsə, o, məhkəməyə müraciət etmək niyyətindədir.
Mənbə:> Oxu.Az