Yeni müharibə xəbərdarlığı
Almaniyada 60-dan çox siyasətçi, iqtisadçı, alim və ictimai xadimin Die Zeit qəzetinin saytında Rusiya ilə bağlı məktub yerləşdirilib.
ANS PRESS-in məlumatına görə, məktubda Almaniya kansleri Angela Merkelə və dünyaya çağırış edilir. Bildirilir ki, Rusiyanı Avropadan uzaqlaşdırmaq heç bir halda məqsədəuyğun deyil, yoxsa bütün dünya təhlükə altında olacaq.
Məktub müəlliflərindən olan Almaniyanın sabiq prezidenti və kansleri Roman Hertsoq və Herhad Şrederin sözlərinə görə, Avropa Birliyi və ABŞ inadları və təhdidlərindən əl çəkməsələr, müharibə ola bilər. Müharibəni isə heç kim istəmir.
Məktub müəllifləri Almaniya prezidenti Yoahim Qauk və kansleri Angela Merkeli Rusiya ilə bağlı siyasətdə kursu dəyişdirməyə çağırıblar.
Mənbə:> ANSPRESS