Merkel: "Balkanda yeni müharibə ocağı yarana bilər"
Almaniyanın kansleri Anqela Merkel Balkan ölkələrindəki vəziyyəti şərh edərkən bədbin proqnozlar verib.
Ölkə.az xəbər verir ki, Merkel qaçqın probleminin vaxtında həll edilməyəcəyi təqdirdə qaçqınların ən cox axınına uğradığı Baqlkan ölkələrində vəziyyətin gərginləşəcəyi və bölgədə yeni konflikt ocağı yaranacağı haqda Avropa liderlərinə xəbərdarlıq edib.
"Avstriya-Almaniya sərhədində köçün qarşısını almaq üçün tikilən hasarlara görə, qaçqınlar Almaniyaya gəlmək üçün başqa yollar axtarırlar və digər ölkələrin ərazisindən ölkəmizə gəlməyə çalışırlar. Almaniya Avropanın ən böyük dövləti kimi İttifaqı xəbərdar edir ki, belə vəziyyət Balkan ölkələrini qarışdıra bilər, çünki qaçqınların Avropaya gəlmək üçün əsas marşrutları burdan keçir. Mən istəmirəm ki, Balkanda yenidən müharibə başlasın", deyə Almaniyanın kansleri Merkel bildirib.
Mənbə:> Olke.az