İran 50 milyard dollarını geri qaytarır
İran Amerikanın tətbiq etdiyi sanksiyaların ləğv edilməsi nəticəsində daha öncə dondurulmuş 50 milyard həcmində aktivlərinə çıxış əldə etdi.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə şənbə günü Ağ ev tərəfindən təşkil edilmiş telefon brifinqində ABŞ administrasiyasının rəsmi nümayəndəsi bəyan edib.
“İran daha öncə dondurulmuş fondlarına çıxış əldə edəcək”, - adı açıqlanmayan məmur bildirib.
Onun dəyərləndirmələrinə görə, söhbət təxminən 50 milyard dollardan gedir.
Mənbə:> Oxu.Az