İsrailə İran rüşvəti
ABŞ rəhbərliyi İran ilə nüvə razılığına etiraz etməməsi üçün İsrailə ayrılan hərbi yardımların miqdarını 1 milyard dollar artırıb.
Axar.az xəbər verir ki, Vaşinqton Tel-Əvivə veriləcək F-35 reaktivlərinin sayını 50-ə çatdırmağı planlaşdırır. İsrail hərbi ekspertləri də hərbi yardımın 3 milyard dollardan 4 milyarda çatdırılmasını təsadüf hesab etmir. Onların fikrincə, “Dəmir Qübbə” müdafiə sistemi üçün göndərilən mərmilər və kəşfiyyat məqsədli digər yüksək texnologiya sistemləri xüsusi qrant layihələri nəticəsində verilməyib.
Xatırladaq ki, bir həftə öncə ABŞ “ağıllı” bomba və anti-tank mərmilərinin İsrailə göndərilməsini nəzərdə tutan silah razılaşmasını təsdiq edib.
Mənbə:> Axar.az