Sabah neftin qiyməti çox güman ki, kəskin ucuzlaşacaq
İran rəhbərliyi yanvar ayının 15-də ölkənin nüvə proqramı üzrə öhdəliklərinin yerinə yetirilməsinə dair tam həcmli hesabatı Beynəlxalq Atom Enerjisi Agentliyinə (MAQATE) təqdim edəcək
Oxu.Az xəbər verir ki, bunu ölkənin xarici işlər nazirinin müavini Abbas Araqçi bəyan edib, Bloomberg məlumat yayıb.
Araqçinin sözlərinə görə, bu halda 16 və ya 17 yanvar tarixində İranın XİN rəhbəri Mohammed Cavad Zərifin və xarici siyasət üzrə Avropa komissarı Federika Mogerininin sanksiyaların ləğv edilməsinə dair bəyanatları səslənməlidir.
Qeyd olunur ki, sanksiyaların ləğvindən sonra İran xaricdəki hesablarda dondurulmuş aktivlərə çıxış əldə edəcək. Amerikanın Maliyyə Nazirliyinin dəyərləndirməsinə görə, həmin hesablarda 50 milyard dollardan vəsait var.
Bundan başqa, qeyd olunur ki, sanksiyaların ləğvindən dərhal sonra İran neft ixracını sutkada 500 min barelədək artıra bilər ki, bu da bazarın böyüməsinə və təklif bolluğuna gətirib çıxaracaq.
Mənbə:> Oxu.Az