Lider TV-nin əməkdaşı mühacirət edib » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Sosial, Media

Lider TV-nin əməkdaşı mühacirət edib

Lider TV-nin əməkdaşı mühacirət edib


Sumqayıtlı jurnalist Adil Məmmədov Almaniyaya mühacirət edib.

AzNews.info xeberle.com-a istinadən xəbər verir ki, A. Məmmədov ötən ilin sonlarından Almaniyada mühacir həyatı yaşadığını bildirib. O, mühacirət etməyinin əsas səbəbini belə izah edib: " Buna səbəb isə siyasi baxışlarım, eləcə də vaxtilə hazırladığım sujet və reportajların bəzi dairələrin maraqlarına zidd olması və bu səbəbdən də Azərbaycanda olduğum müddətdə təqiblərə məruz qalmağımdır. Burada nə zamana qədər qalacağımı bilmirəm, amma Azərbaycanda demokratik və şəffaf cəmiyyət qurulmayana qədər qayıtmaq fikrində deyiləm.”

Qeyd edək ki, Sumqayıtda doğulan A.Məmmədov 2007-ci ildən "Dünya” "ANS”, ”Space” və "Lider” televiziyalarında aparıcı, müxbir, prodüsser vəzifələrində çalışıb. Son olaraq isə "Lider” TV-nin Xəbərlər departamentinin "Bizim Səda” verilişinin əməkdaşı olub.

Mənbə: Xeberle.com
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *