“Lider”in aparıcısına bu kanalda vəzifə verildi
Teleaparıcı Günay Yelmarqızı Qafqazın ilk xəbər kanalı olan TTV-də (Türkel TV) çalışmağa başlayıb.
AzNews.info axşam.az-a istinadən xəbər verir ki, aparıcı adıçəkilən kanalda məsul vəzifəyə dəvət olunub. G.Yelmarqızı bu gündən etibarən işə başladığını bildirib:
“Kanaldan mənə əməkdaşlıq təklifi gəldi, mən də qəbul etdim. Etimad göstərən bütün dəyərli insanlara təşəkkür edirəm”.
Aparıcı TTV-nin fəaliyyət göstərdiyi Tovuz rayonunda yaşamağın onun üçün çətin olmayacağını bildirib:
“Mən yenilikləri, yeni təcrübələri çox sevirəm. Ötən il Amerikada yaşamışdım. Bu il Tovuza gəlmək qismət oldu. Burada dəyərli dostlarım, həmkarlarım var. Onların əhatəsində, yəqin ki, darıxmaq imkanım olmayacaq”.
Teleaparıcı kanaldakı vəzifəsinin adını hələlik açıqlamaq istəməyib:
“Məsul vəzifədir. Hələ açıqlama vermək istəmirəm. Əvvəlcə vəzifəmi doğruldum, sonra məlumat verəcəm”.
Qeyd edək ki, Günay Yelmarqızı bundan əvvəl “Lider” kanalının xəbər aparıcısı olub.
Mənbə:> Axşam.az