Qazaxıstan neftin bir bareli üçün 20 dollar qiymətinə hazırlaşıb » AzNews.info -Xəbər portalı

Qazaxıstan neftin bir bareli üçün 20 dollar qiymətinə hazırlaşıb

Qazaxıstan neftin bir bareli üçün 20 dollar qiymətinə hazırlaşıb


Qazaxıstan hökuməti iqtisadiyyatın inkişafının neftin bir barel üçün 20 dollar qiymətinə hesablanmış ssenarisini hazırlayır.

Oxu.Az interfaks-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın baş nazirinin birinci müavini Bakıtcan Saqintayev brifinq zamanı bildirib.

“Neftin qiymətinin sürətlə düşməsini və dünya bazarlarında qeyri-sabitliyi nəzərə alaraq, dövlət rəhbəri hökumətə neftin müxtəlif dünya qiymətlərində, hətta bir barel üçün 20 dollar olacağı halda Qazaxıstan iqtisadiyyatının inkişafı ssenarisini hazırlamağı tapşırıb”, - vitse-premyer deyib.

Bu qəbildən olan proqnozlar hökumətin iqtisadi şurasının yanvar ayının 19-da keçiriləcək iclasında da müzakirə ediləcək. Amma hakimiyyət artıq büdcə üzrə sərt qərarlar qəbul etməyə hazırdır.

“Ola bilər ki, biz büdcə üzrə sərt qərarlar qəbul etməli olacağıq. Bununla yanaşı, sosial sahənin və “Nurlı Jol” (mənzillərin ilkin ödəniş olmadan minimal faizlərlə təqdim edildiyi dövlət proqramı) inkişaf proqramının bütün xərcləri saxlanılacaq”, - Saqintayev deyib.

O, həmçinin hakimiyyət tərəfindən böhran əleyhinə tədbirlərin maliyyələşdirilməsi üçün əlavə ehtiyatların da ayrıldığını bildirib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *