Neftin qiyməti ilə bağlı yeni proqnoz » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

Neftin qiyməti ilə bağlı yeni proqnoz

Neftin qiyməti ilə bağlı yeni proqnoz


Yunanıstan hökumətinin yeni islahatlar proqramını kreditorlara təqdim etməsi və İranla “altılıq” ölkələri arasında nüvə proqramına dair müzakirələrdə konkret nəticə əldə edilməməsi neftin qiymətini bu gün 60 dollara yaxınlaşdırıb.

Oxu.Az xəbər verir ki, analitiklər isə hesab edir ki, qeyd olunan məsələlərdə mənfi nəticə müşahidə olunsa, bu halda neftin qiyməti yenidən 57 dollara düşəcək.

Qeyd edək ki, ABŞ-ın Dövlət Departamentinin katibi Con Kerri Vyanada etdiyi açıqlamasında İranla razılıq əldə edilməsi üçün tələsmədiklərini bildirib.

“Çətin qərarlar zamanla asan hala gəlmir. Belə ya da belə bu qərar qəbul olunmalıdır” - deyə, Dövlət Departamentinin rəhbəri qeyd edib.

Xatırladaq ki, Beynəlxalq Valyuta Fondu (BVF) bu gün “World Economic Outlook” hesabatını açıqlayıb.

BVF-yə görə, 2015-ci ildə neftin orta dünya bazar qiyməti bir barel üçün 59 dollar olacaq.

İqtisadçı-ekspert Vüqar Bayramov isə bildirib ki, “qara qızıl”ın qiymətindəki son dəyişikliklər də göstərir ki, yaxın dövrlər üçün Brent markalı neftin orta dünya bazar qiyməti məhz 1 barel üçün 60 dollar ətrafında qərarlaşacaq.

Onu da əlavə edək ki, hazırda ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 59,20 dollar, WTI neftinin qiyməti 1 barelə görə isə 53,23 dollar təşkil edib.

Mənbə: Oxu.Az - Ülviyyə R.Əli
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *