Ərdoğan ən-Nimranın edamını Ər-Riyadın “daxili işi” adlandırdı
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan şiə ruhanisi Nimra ən-Nimranın Səudiyyə Ərəbistanında edamı ətrafında yaranan vəziyyəti şərh edib, Reuters məlumat yayıb.
Oxu.Az xəbər verir ki, məmurlar ilə iclas zamanı Ərdoğan bəyan edib ki, Səudiyyə Ərəbistanında edamlar ölkənin daxili işidir.
Ərdoğan həmçinin deyib ki, Suriyada baş verən vətəndaş müharibəsindəki ölümlərə susqunluqla reaksiya verənlər indi Səudiyyə Ərəbistanında bir adamın edamına görə səs-küy qaldırıblar.
Qeyd edək ki, Səudiyyə Ərəbistanında 47 nəfərə dair edam hökmünün yerinə yetirildiyini elan ediblər. Onlar terrorizmdə və terrorizmə çağırışda ittiham edilirlər. Edam edilənlər içərisində şiə ruhanisi Nimr ən-Nimra da olub.
Mənbə:> Oxu.Az