İran beş ildə birinci dəfə Avropa İttifaqına neft satdı
Avropalılara İran neftkimya müəssisələrinin məhsullarını almağı qadağa edən sanksiyalar tam ləğv edilib, Oxu.Az İRNA-ya isstinadən xəbər verir.
İran neftkimyaçıları beş il ərzində ilk dəfədir ki, öz əmtəələri müqabilində pulu Avropa İttifaqında qeydiyyatda olan bank vasitəsilə alıblar.
Neftkimya ticarət şirkətinin direktoru Mehdi Şərif Niknafsın sözlərinə görə, onun şirkəti ilk ödənişi İspaniya banklarının birindəki hesabına alıb.
“Bu, beş il sürən sanksiyaların ləğvindən sonra İran neftinin ilk ixracıdır”, - deyə o qeyd edib.
Mənbə:> Oxu.Az