İsrail Sinqapurdan üzr istədi – BAYRAQ QALMAQALI
İsrail Sinqapurdan üzr istəyib.
Axar.az xəbər verir ki, buna səbəb İsrailin Sinqapur səfirliyindəki diplomatın tədbirlərdən birində Sinqapur bayrağını masa örtüsü kimi istifadə etməsi olub.
Hadisənin şəklinin internetdə yayılmasından sonra İsrailin Sinqapur səfiri ölkənin Xarici İşlər nazirliyinə çağırılıb.
Rəsmi Tel-Əviv adı açıqlanmayan diplomatın bu davranışını qınayıb və onun cəzalandırılacağını açıqlayıb.
Mənbə:> Axar.az