İsrail işğalı genişlənir
İsrail Şərqi Qüdsdə yəhudilər üçün 55 mindən çox mənzil inşa etməyi planlaşdırır.
Axar.az xəbər verir ki, Əs-Salam adlı qeyri-hökumət təşkilatının yaydığı hesabatda 55 min 548 mənzilin tikintisi üçün İsrailin hazırlıq gördüyü bildirilib.
Məsələ ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən İsrailə təzyiq edilməsinə baxmayaraq, Fələstin ərazisində tikintinin gələn ildə başlanılması nəzərdə tutulur.
Mənbə:> Axar.az