Ədliyyə Nazirliyində kadr dəyişikliyi – FOTO
Ədliyyə Nazirliyinin mətbuatla əlaqələrə məsul şəxsi Aydın Ağazadə təqaüdə göndərilib.
AzNews.info-nun APA-ya istinadən verdiyi xəbərə görə, nazirliyin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr İdarəsinin informasiya qrupunun rəhbəri Aydın Ağazadə ədliyyə orqanlarında qulluqda olmanın son yaş həddinə çatması ilə əlaqədar olaraq təqaüdə göndərilib.
Məlumata görə, A. Ağazadə bununla bağlı ərizə ilə nazirliyə müraciət edib. Nazirlik onun müraciətinə müsbət cavab verib.
Qeyd edək ki, yazıçı-publisist Aydın Ağazadə uzun illərdir ki, Ədliyyə Nazirliyində mətbuatla əlaqələrə məsul şəxs kimi çalışıb.
Mənbə:> APA