Sabirabadın prokuroru işdən çıxdı
Sabirabad rayon prokuroru təqaüdə göndərilib.
AzNews.info xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya açıqlamasında bildirib ki, baş prokuror Zakir Qaralovun imzaladığı müvafiq əmrlə Sabirabad rayon prokuroru Seyfəddin Həsənov prokurorluq orqanlarında qulluqda olmanın son yaş həddinə çatması ilə əlaqədar təqaüdə çıxıb.
Sabirabad rayon prokuroru vəzifəsini müvəqqəti olaraq Ramil Ədilov icra edir.
Mənbə:> APA