Prokuroru güllələdilər
Əfqanıstanın Pakistanla sərhəddə yerləşən Paktia əyalətinin baş prokuroru Nacibullah Sultanzoi evinin qarşısında öldürülüb.
ANS PRESS-in məlumatına görə, o, ötən gecə satlarında qapını açarkən naməlum şəxslər tərəfindən güllələnib.
Bu qətl hadisəsinə görə məsuliyyəti "Taliban" üzərinə götürüb.
Ümumiyyətlə, son vaxtlar Əfqanıstanda prokurorluq əməkdaşlarına hücumların artdığı müşahidə olunur. Bu ay prokurorluq əməkdaşlarını işə aparıb-gətirən avtobusa 3 dəfə hücum edilib.
Mənbə:> ANSPRESS