Ədliyyə naziri Qusarda
Azərbaycan Respublikasının Ədliyyə naziri Fikrət Məmmədov Qusar rayonuna səfər edib.
Axar.az xəbər verir ki, nazir bu gün ölkə Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Qusar rayonunda vətəndaşların qəbulu keçirəcək.
Gün ərzində aparılacaq qəbul zamanı ədliyyə və məhkəmə fəaliyyəti, habelə digər müxtəlif məsələlər ilə bağlı hər bir vətəndaş diqqətlə dinlənilib, müraciətlərdə qaldırılan məsələlərin yerindəcə öz həllini tapması, digər müraciətlər üzrə isə qəbulda iştirak edən nazirliyin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilməsi nəzərdə tutulub.
Mənbə:> Axar.az