Sarqsyan: Qarabağ məsələsi ilə bağlı danışıqlar heç bir nəticə verməyib
Yola salacağımız ildə Qarabağ məsələsi ilə bağlı danışıqlar heç bir nəticə verməyib, lakin danışıqlar prosesi davam edir.
Oxu.Az-ın News.am-a istinadən məlumatına görə, bu barədə Ermənistan prezidenti Serj Sarqsyan dekabrına 24-də ölkənin Xarici İşlər Nazirliyində təşkil olunmuş qəbulda deyib.
Serj Sarkisyan Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulmasına münasibət bildirərək qeyd edib ki, Ermənistanın inteqrasiya proseslərinə cəlb edilməsi barədə qərarlar böyük əhəmiyyət kəsb edir.
Dağlıq Qarabağ münaqişəsindən danışan Sarqsyan bildirib ki, bu il danışıqlar heç bir nəticə verməyib, və bu səbədən gələn ildə bu istiqamətdə səyləri iki dəfə artırmaq lazımdır.
Mənbə:> Oxu.Az