Ermənistan atəşkəsin bitdiyini elan etdi » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Qarabağ, Hərbi

Ermənistan atəşkəsin bitdiyini elan etdi

Ermənistan atəşkəsin bitdiyini elan etdi


Artsrun Hovanisyan: Atəşkəs bitib, bölgədə açıq müharibə gedir.

Ermənistan müdafiə nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Hovanisyan Azərbaycanla atəşkəsin bitdiyini elan edib.

Sputnik "Novosti-Armeniya"ya istinadla xəbər verir ki, Ermənistanın Müdafiə Nazirliyinin rəsmisi Azərbaycanla açıq müharibə apardıqlarını etiraf edib.

"Bölgədə onsuz da müharibə gedir. Azərbaycan bütün növ ağır hərbi texnikalarla bizə zərbələr endirir. Biz də buna cavab verməyə məcburuq. Atəşkəs artıq bitib. Bölgədə atəşkəs filan yoxdur. Artıq açıq-aşkar müharibə gedir" — deyə Hovanisyan bildirib.

Erməni tərəfinin bu bəyanatına Azərbaycanın Xarici İşlər Nazirliyi dərhal cavab verib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev, atəşkəsin davamlı ola bilməsi üçün erməni silahlılarının Qarabağdan birdəfəlik çəkilməsinin şərt olduğunu deyib.

Mənbə: Sputnik.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *