Sarkisyan: Azərbaycan Astana, Moskva və Minskə atəş açır » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Qarabağ

Sarkisyan: Azərbaycan Astana, Moskva və Minskə atəş açır

Sarkisyan: Azərbaycan Astana, Moskva və Minskə atəş açır


Moskvada KTMT-nin (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) iclası keçirilib, iclasda sədrlik Ermənistana keçib.

Oxu.Az lragir.am-a istinadən xəbər verir ki, iclasda çıxış edən Ermənistan prezidenti Serj Sarkisyan KTMT-yə üzv olan ölkələri Azərbaycanı açıq və gizli şəkildə dəstəklədikləri üçün tənqid edib.

“Sözsüz ki, hər bir ölkənin öz maraqları, öz prioritetləri var, amma bu, təşkilatın üzv ölkələrinin ümumi maraqlarına və ümumi vəzifələrinə qarşı qoyulmamalıdır. Azərbaycan Silahlı qüvvələri hər dəfə bütün kalibrli silahlardan, minaatanlardan və artilleriya qurğularından Ermənistana qarşı atəş açanda, onlar Astana, Düşənbə və Bişkekə, Moskva və Minskə atəş açırlar”, - Sarkisyan deyib.

“Xatırladım ki, bizim nizamnamədə müvafiq maddə var. Əgər biz bu maddəni tətbiq etmiriksə, yaranan vəziyyəti müzakirə etmiriksə, telefonun dəstəyini götürüb müttəfiq Ermənistanda nə baş verdiyi ilə maraqlanmırıqsa, bununla yanaşı, hələ beynəlxalq təşkilatlarda müttəfiqə qarşı səs veririksə, üçüncü ölkə ilə mətni KTMT üzrə müttəfiqinə qarşı olan ikitərəfli deklarasiyalar qəbul ediriksə, biz bütün təşkilatımızı, onun nüfuzunu, onun mahiyyətini bu atəşlərə məruz qoyuruq”, - o deyib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *