Ziya Məmmədov İrana səfər edəcək
Dekabrın 23-də İranın paytaxtı Tehran şəhərində Xəzəryanı ölkələrin nəqliyyat nazirlərinin 3-cü iclası keçiriləcək.
Oxu.Az Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, iclasda Nəqliyyat Naziri Ziya Məmmədovun rəhbərlik etdiyini nümayəndə heyəti iştirak edəcək.
“Görüş zamanı nəqliyyatın bütün sahələrində əməkdaşlığın genişləndirilməsi, beynəlxalq və regional dəhlizlərin inkişafı, nəqliyyat üzrə Xəzəryanı ölkələrin imkanları və region ölkələrinin nəqliyyat infrastrukturunun modernləşdirilməsi, logistika mərkəzlərinin yaradılması kimi məsələlər müzakirə ediləcək.
Yekun olaraq “Xəzəryanı ölkələrin nəqliyyat nazirlərinin 3-cü iclasının Bəyanatı”nın qəbul olunması nəzərdə tutulub”, - deyə nazirlikdən qeyd edilib.
Mənbə:> Oxu.Az