Ziya Məmmədov Meksikanın Azərbaycandakı səfiri ilə görüşdü
Meksikanın Azərbaycandakı səfiri Rodrigo Labardini Nəqliyyat naziri Ziya Məmmədov ilə görüşüb.
Bu barədə Nəqliyyat Nazirliyindən Oxu.Az-a bildirilib.
Z.Məmmədov Nəqliyyat Nazirliyinin fəaliyyəti, ölkədə aparılan sosial-iqtisadi islahatlar, o cümlədən nəqliyyat-yol kompleksində həyata keçirilən tədbirlər, əhaliyə göstərilən nəqliyyat xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.
Öz növbəsində Səfir Labardini qeyd olunan sahələrdə qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsinin mümkünlüyünü vurğulayıb, Meksika səfirliyinin iki ölkə arasında ikitərəfli münasibətlərin inkişafına yönəlmiş fəaliyyətindən söhbət açıb.
Görüşün sonunda nəqliyyat sahəsində əməkdaşlıq mexanizmləri, qarşılıqlı əməkdaşlığın həyata keçirilməsi və perspektiv imkanlar barədə fikir mübadiləsi aparılıb.
Mənbə:> Oxu.Az