Rusiya bu ölkənin qərarını mənasız adlandırdı
Monteneqro hökuməti Avropa Birliyi tərəfindən Krım və Sevastopola tətbiq edilən sanksiyaları dəstəklədi. Heç bir önəm kəsb etməyən beynəlxalq hadisələr var. Bu da onlardan biridir.
Axar.az xəbər verir ki, bu sözləri Rusiya Dumasının Beynəlxalq münasibətlər komitəsinin rəhbəri Aleksey Puşkov öz Tvitter səhifəsində yazıb.
Qeyd edək ki, bir müddət əvvəl Monteneqro Avropa Birliyi tərəfindən Krım və Sevastopola tətbiq edilən sanksiyaları dəstəklədiyini açıqlamışdı. Həmin sanksiyalara görə, 23 iyun 2016-ci il tarixinə qədər Monteneqro ilə Krım və Sevastopol arasında ticarət əlaqələri dayandırılacaq. Həmçinin Monteneqroya aid gəmilər Krım sularına daxil olmayacaq.
Mənbə:> Axar.az