Qərb Yanukoviçə sanksiyaları ləğv edir
Avropa Birliyi 2016-cı ilin martında Ukraynanın eks-prezidenti Viktor Yanukoviçin tərəfdarlarına qarşı sanksiyaları ləğv edə bilər.
Axar.az xəbər verir ki, bunu Ukrayna mətbuatına müsahibəsində Baş prokurorun müavini Vitali Kasko söyləyib. Onun sözlərinə görə, Avropa Birliyi keçmiş nazirlər və komitə rəhbərlərinə qarşı da sanksiyaları ləğv edəcək:
“Onlar fikirləşirlər ki, bu şəxslərin çirkli pullarının haradan gəldiyi və necə yuyulduğunu öyrənməyə iki il kifayət edər. Məncə, biz bundan sonra da Yanukoviçin adamlarının əmlaklarının və aktivlərinin həbsini aparmalıyıq. Əgər iki il buna kömək etmirsə, demək ki, bizim işimiz effektli deyil”.
Mənbə:> Axar.az