Yanukoviçin milyonçu oğluna qarşı sanksiya
Avropa Birliyinni Rusiyaya qarşı sanksiyaları uzatmasından sonra, ABŞ daha agır addım ataraq sanksiyaları genişləndirib.
ANS PRESS-in məlumatına görə, ABŞ Maliyyə nazirliyinin saytında dərc olunan yeni sanksiyalara 12 nüfuzlu şəxs və bir neçə böyük təşkilat daxil olub.
Təşkilatlar sırasında Rusiyanın “Vneşekonombank”ına aid bir çox qurumlar və “Rosneft”in törəmə şirkətləri əsas yerdədir. Bundan əlavə Krıma aid şirkətlər və kommersiya limanları da qara siyahıdan yan keçməyiblər.
Personal sanksiyalar sırasında ən qalmaqallı adlar biznesmen Boris Rotenberqin oğlu Roman Rotenberq və Viktor Yanukoviçin oğlu Aleksandr Yanikoviç, eləcə də ukraynalı miyarder Sergey Kurçenko, “Kalaşnikov” konserninin baş meneceri Andrey Balyutindir.
Roman Rotenberq idman qidaları şirkəti olan “Doktor Sport”un başçısıdır. O eləcə də SKA hokkey klubunun vitse prezidenti, Kontinental hokkey liqasının idarəediciləri sırasındadır. Keçən ilin dekabr ayında Rusiya hokkey federasiyasının birinci vitse-prezidenti təyin ediblər.
Roman Rotenberq
Aleksandr Yanukoviç- biznesmendir. O, 2014-cü ilin fevralında etiraz iştrakçıları tərəfindən Ukrayna prezidenti vəzifəsindən kənarlaşdırılan Viktor Yanukoviçin böyük oğludur. Əyər Forbesin 2013-cü il hesabatında onun xəzinəsi 510 milyon dollar verilmişdisə, 2014-cü ilin iyun ayında bu rəqəm 78 milyona kimi azalıb.
Keçmiş Ukrayna prezidenti Viktor Yanukoviçin oğlu Aleksandr Yanukoviç
Qeyd edək ki, Rusiyaya qarşı AB və ABŞ sanksiyaları ilk dəfə 2014-cü ilin martında Krımın Rusiyaya birləşdirilməsinə cavab olaraq tətbiq olunub. Ukraynanın şərqində münaqişənin gərginləşməsindən sonra sanksiyalar gücləndirilməyə başladı. Hazırda sanksiyalar nəinki konkret adamlar və şirkətlərə, hətta iqtisadiyyatın bütöv sektorlarına belə toxunur.
Buna cavab olaraq keçən ilin avqustunda Rusiya sanksiya tətbiq edən ölkələrdən qida məhsullarının gətirilməsinə qadağa qoydu. Belə ki, AB ölkələrindən tərəvəz, ət və süd məhsullarının alınması qadağandır.2015-ci ilin iyun ayında Rusiya embarqonu daha bir il artırıb.
Mənbə:> ANSPRESS