Putin: “Bu, Ukrayna xalqının üzünə tüpürməkdir” – VİDEO
Rusiya hökuməti neft qiymətlərinin dəyişkənliyi şəraitində situasiyanın istənilən tərzdə inkişafına hazır olmalıdır.
Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin ilin yekunlarına həsr olunmuş mətbuat konfransında söyləyib.
O, Rusiya Mərkəzi Bankının makroiqtisadi sabitliklə bağlı siyasətini dəstəklədiyini bildirib.
***
“Onlar elə bildilər ki, biz ordan qaçacağıq? Rusiya elə ölkələrdən deyil. Rusiya Suriyadakı imkanlarını genişləndirib. İndi orada bizim S-400-lərimiz var. Qoy uçsunlar”, - Putin mətbuat konfransındakı çıxışında bildirib.
***
“Rusiyanın türkdilli xalqları ölkəmizin bir parçasıdır. Onların öz soydaşları ilə əlaqə qurmağa haqları var. Bu xalqlarla biz əlaqəmizi davam etdirəcəyik. Türkiyə hakimiyyəti ilə bizim danışıqlarımız alınmır. İndiki hakimiyyətlə, ümumiyyətlə, danışıqlar aparmaq mümkün deyil. Biz onlara nəyəsə "hə" deyəndə belə onlar bizim arxamızdan zərbə vururlar. İslamçı terrorçular burada müalicə alıb, sağalandan sonra Türkiyənin pasportlarını alıb müxtəlif yerlərə gedirlər. Biz onları sonradan ya Qafqazda, ya da başqa şəhərlərdə tapırıq”, - Putin bildirib.
***
ABŞ-ın Suriya ilə bağlı planları Rusiya ilə üst-üstə düşür. Suriyada kompromis əldə etmək mümkündür. Kerri ilə Əsədin taleyi ilə bağlı danışdıq. Rusiyanın mövqeyi dəyişməzdir.
***
Rusiya Prezidenti Vladimir Putin Türkiyə ilə yaranan gərginliyə də mətbuat konfransında münasibət bildirib.
Kreml rəhbəri Türkiyənin qurucusu olan Atatürkü misal göstərərək, Ankara hakimiyyətinin düzgün siyasət yeritmədiyini deyib:
“Atatürk hər halda məzarında fırlanır. Türkiyə ilə yaşadığımız gərginlikdə üçüncü tərəfin təsiri varmı, onu bilmirəm. Bəlkə də Ankara amerikalılara yaltaqlıq etmək istəyib…
Türkiyə Suriya sərhədini bir neçə dəfə pozub. Bacarırsa, indi bunu etsin. Suriyada artıq hava hücumundan müdafiə sistemi var. Rusiya təyyarəsi vurulduqdan sonra bölgədən geri çəkilən bir ölkə olmayacaq”.
***
“Gürcüstanın bundan öncəki hakimiyyətinin avantürist addımları ərazilərinin itirilməsinə səbəb oldu. Bu, onların günahıdır. Gürcüstanla münasibətlərin qırılmasının təşəbbüskarı biz deyilik. Gürcüstanın ərazi bütövlüyü Gürcüstan, Cənubi Osetiya və Abxaziyanın arasında olan məsələdir. Onlarla işləmək lazımdır", - Putin mətbuat konfransında jurnalistin sualını cavablandırarkən deyib.
Putin Rusiyanın Gürcüstanla vizasız rejimə keçməyə hazır olduğunu deyib.
***
Vladimir Putin Gürcüstanın sabiq prezidenti Mixail Şaakaşviliyə Ukraynada vəzifə verilməsinə münasibət bildirib. Putin bu addımın Ukrayna xalqına təhqir olduğunu deyib:
“Mixail Saakaşviliyə Ukraynada vəzifə verilməsi Ukrayna xalqının üzünə tüpürmək deməkdir. Ukraynanı xarici idarəçilik vəziyyətinə gətirdilər”, - Putin qeyd edib.
Mənbə:> Axar.az