Putin Türkiyəni təhqir etdi – CANLI YAYIM
Rusiya prezidenti Vladimir Putin bu gün keçirdiyi mətbuat konfransında Türkiyənin Su-24 təyyarəsini vurmasına münasibət bildirib.
Avropa.info xəbər verir ki, Anadolu və Cihan agentliyinin jurnalistlərininin sualına cavab verən Putin Türkiyə rəhbərliyinin ünvanına kifayət qədər sərt ifadələr işlədib:
“Biz ən həssas mövzularda Türkiyə ilə əməkdaşlıq etməyə hazır idik. Axı, niyə görə belə etdilər? Onlar fikirləşirdilər ki, biz oradan qaçacağıq? Əlbəttə ki, yox. Rusiya elə ölkə deyil. Mən bilmirəm, Türkiyə hakimiyyətində kimsə amerikalıların “uyğun” yerini yalamaq istəyib. Düzgünmü ediblər? Amerikalılar edib ya yox, onu da bilmirəm”.
O, Türkiyə hakimiyyətinin rus təyyarəsinə qarşı hərəkətini təcavüzkarlıq aktı adlandırıb.
“Bu bədbəxt hadisə olsaydı, o dəqiqə telefonu götürüb vəziyyəti başa salmaq lazım idi. Bunu etmək əvəzinə NATO-nun arxasında gizlənməyə çalışdılar. Məlum oldu ki, bütün bunlar NATO-ya lazım deyil. Bilirsiz, bizi incidən nə idi? Biz əməkdaşlıqdan imtina etməmişdik. Son dəfə Antalyada olanda, türk həmkarlarım çox həssas mövzularda dəstək istədilər. Anlayış göstərdik və kömək edə biləcəyimizi dedik.
Türkmanlara qalanda mən onlar haqda heç nə eşitməmişəm. Heç kim bizə heç nə deməyib. Heç kəs bizə heç nə deməmişdi”
Mənbə:> Avropa.info