Putin: Allah Türkiyə hakimiyyətini cəzalandırmaq qərarına gəlib » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Putin: Allah Türkiyə hakimiyyətini cəzalandırmaq qərarına gəlib

Putin: Allah Türkiyə hakimiyyətini cəzalandırmaq qərarına gəlib


Rusiya prezidenti Vladimir Putin hesab edir ki, Allah Türkiyə rəhbərliyinin ağlını əlindən alaraq, onları cəzalandırmaq qərarına gəlib.

Oxu.Az xəbər verir ki, Rusiya dövlətinin başçısı bu barədə dekabrın 3-də Federal Məclisə müraciəti zamanı bildirib.

O, Su-24 bombardmançısının vurulması və Türkiyənin hadisəyə göstərdiyi reaksiyanı belə şərh edib.

“Mən başa düşmürəm ki, onlar bunu nə üçün ediblər. İstənilən problemləri ənənvi yolla həll etmək mümkündür. Biz ən həssas məsələlər üzrə danışmağa hazır idik”, - deyə, o, bəyan edib.

Onun sözlərinə görə, türklərin nə üçün belə etdiklərini yalnız Allah bilir.

“Görünür Allah Türkiyə rəhbərliyinin ağlını əlindən almaqla, onları cəzalandırmaq qərarına gəlib”, - deyə, Putin bildirib və bir daha vurğulayıb ki, “Türkiyə hələ çox peşmançılıq çəkəcək”.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *