Rusiyadan Türkiyə universitetlərinə zərbə
Rusiya Xalqlar Dostluğu Universiteti Türkiyə universitetləri ilə bağladığı 3 müqaviləni ləğv edib.
Axar.az xəbər verir ki, bunu sözügedən universitetin Elm və Təhsil Əməkdaşlığı Departamentinin sədri Olqa Andreyeva deyib.
O bildirib ki, belə qərarın verilməsinə səbəb Türkiyə tərəfindən Su-24 təyyarəsinin vurulmasıdır:
“İstanbul universiteti ilə də bağlanılan müqavilə ləğv edilib. Çox təəssüf edirəm. Çünki biz aktiv əməkdaşlıq edirdik”.
Andreyeva onu da əlavə edib ki, Rusiya Xalqlar Dostluğu Universitetində türkiyəli tələbələr əvvəlki qaydada təhsil almağa davam edəcəklər.
Mənbə:> Axar.az